Almaniya eksperti Qarabağ haqda: “Təcili nəsə etmək lazımdır...”

Almaniya eksperti Qarabağ haqda: “Təcili nəsə etmək lazımdır...” backend

Az sonra Vyanada Suriya və Liviyadakı vəziyyətə hərs edilmiş beynəlxalq konfrans işə başlayacaq. Konfransda 20-yə yaxın ölkənin yüksək vəzifəli rəsmiləri, o cümlədən 17 ölkənin xarici işlər naziri iştirak edəcək. Sabah da işini davam etdirəcək konfrans çərçivəsində Qarabağ münaqişəsinə dair müzakirələr də nəzərdə tutulub. Artıq Azərbaycan və Ermənistan prezidentləri ABŞ, Fransa və Rusiya xarici siyasət idarələrinin rəhbərlərinin vasitəçiliyi ilə müzakirələr aparmaq üçün Vyanadadır.

Virtualaz.org xəbər verir ki, “Huffington Post Deutschland” portalının redaktoru, beynəlxalq məsələlər üzrə ekspert Stefani Lixtenşteyn bu günkü reaksiya məqaləsində Almaniya xarici işlər nazirini də Qarabağ münaqişəsi zonasında gərginliyi azaltmaq üçün Vyanada fəal olmağa çağırıb.

Almaniya hazırda ATƏT-in sədridir və eyni zamanda Minsk Qrupunun üzvü olmaqla münaqişənin nizamlanmasında aparıcı rola malikdir. Müəllif qeyd edir ki, Minsk Qrupu çərçivəsind aparılan danışıqlarda tərəflərin mövqeləri arasında kəskin ziddiyətlərə görə heç bir irəliləyiş əldə edilməyib. Lakin Minsk Qrupunun həmsədrləri də son illər fəaliyyətsizliyə görə kəskin tənqid olunurlar.

“Azərbaycan Fransa, ABŞ və Rusiyanın heç birini neytral hesab etmir. Çünki onların hər üçündə çoxsaylı erməni diasporu yaşayır. Üstəlik Rusiyanın münaqişənin nizamlanmasında və möhkəm sülhün əldə olunmasında dəqiq marağının olduğu məlum deyil. Rusiya regiondakı münaqişələrə böyük təsir imkanlarına malikdir. Rusiyanın münaqişənin yatırılmasında rolu həmişə aparıcı olaraq qalacaq. Çünki Moskva qarşı duran tərəflərə zəruri təsir imkanlarına malikdir”-analitik yazır.
Diaspora