İrəvan “müstəqillik oyununu” dayandırdı – Rəsmi

İrəvan “müstəqillik oyununu” dayandırdı – Rəsmi backend

Dağlıq Qarabağ terrorçu rejiminin tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin fövqəladə iclasının gündəliyinə salınmayıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

Layihənin əsas müəllifləri müxalif deputatlar Zarui Postancyan və Qrant Baqratyandır. Ermənistan Azərbaycanın hücum edəcəyindən keçirdiyi təlaşı bu yolla kompensasiya etməyə çalışır və Dağlıq Qarabağın separatçı qurumunu tanımaqla, diplomatik üstünlük qazanacağını zənn edirdi. Lakin bu siyasi addımın Azərbaycana öz torpaqlarını hərbi yolla azad etmək fürsəti verəcəyi barədə beynəlxalq qanunvericilik İrəvan rəhbərliyinə xatırladıldıqdan və Rusiyanın da bu addımı dəstəkləmədiyi üzə çıxandan sonra ermənilər hətta parlamentə göndərilən layihəni müzakirədən çıxardılar.
Diaspora