Aprel döyüşlərində yaralanan zabitimiz dünyasını dəyişib. QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!Aprel döyüşlərində yaralanan kapitanımız dünyasını dəyişdi

