Etimad Əsədəov: “Bu ordu Qarabağı azad etməyə qadirdir”

Etimad Əsədəov: “Bu ordu Qarabağı azad etməyə qadirdir” backend

Xəbər verdiyimiz kimi, bir qrup Qarabağ veteranları və Qaziləri, keçmiş döyüşçülər Müdafiə Nazirliyinin xətti ilə cəbhə bölgəsinə səfər edərək əsgər və zabit heyəti ilə görüşlər keçirir. Artıq bir neçə gündür bu görüşlər davam edir. QAZİLER.AZ bu səfərlə bağlı “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovdan münasibət öyrənib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov QAZİLER.AZ –a bildirib: “Biz Qarabağ veteranları və Qaziləri sərhəd bölgəsinə səfər etmişik. Burada postlarda olub əsgərlərlə görüşürük. Əsgərlərimizin ruh yüksəkliyinin şahidi olduq. Onların maddi təminatının, eləcə də hərbi təminatının çox yüksək olduğunun şahidi olduq.



Əsgərlərimiz çox böyük ruh yüksəkliyi ilə səngərdə dayanaraq Vətənin müdafiəsində keşik çəkirlər. Komandirlərlə də görüşlərimiz oldu. Onlarla söhbət nəticəsində biz bu qərara gəldik ki, bizim ordumuz tam təchizatlı, tam təminatlıdır. Ermənilərin hər hansı kiçik həmləsi olarsa, məhv etməyə qadirdir. Bu, bizi çox sevindirdi. Bu, bizi inandırdı ki, Azərbaycan ordusu çox qüdrətli, çox güclüdür və ermənilərin öhdəsindən gələcək qüvvədədir. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan ordusu torpaqlarımızı erməni işğalçılarından tam azad edəcək. Biz ordumuzla qürur duyuruq”.
Diaspora