Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin xətti ilə bir qrup Qarabağ müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri başlayıb. QAZİLER. AZ-a verilən məlumata görə, cəbhə bölgəsinə gedən keçmiş döyüşçülər-müharibə veteranları və Qarabağ Qaziləri bu dəqiqələrdə ön cəbhədə əsgər və zabit heyəti ilə görüşlər keçirirlər.
Onlar öz döyüş təcrübələrindən danışaraq əsgər və zabitlərin ruh yüksəkliklərini qaldırmaq üçün söhbətlər aparıblar. Əsgər və zabitlərdə çox böyük ruh yüksəkliyinin olduğunu söyləyən keçmiş döyüşçülər onların Azərbaycan torpaqlarını tez bir zamanda işğaldan azad etməyə qadir olduğunu bildirirlər.