Lavrov: Yaxın vaxtlarda Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş planlaşdırılır

Lavrov: Yaxın vaxtlarda Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş planlaşdırılır backend

Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ üzrə görüş planlaşdırılır.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli ideyasının sənədli rəsmiləşdirilməsinin mümkün, eləcə də mürəkkəb olduğunu hesab edir: "Siyasi prosesin, siyasi tənzimləmənin alternativi yoxdur".

S.Lavrov Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən atəşkəs pozuntusunun qarşısının alınmasını və bunun üçün işlək mexanizmlərin hazırlanmasını başlıca məsələ hesab edir.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri etimadın möhkəmləndirilməsi, insidentlərin araşdırılması üzrə belə mexanizmin yaradılmasının xeyrinə fikir bildiriblər: "Tapşırıq verildi və ATƏT nümayəndələri belə layihənin müxtəlif variantlarını cızdılar. Lakin təəssüf ki, 2012-ci ildə işlər bu mərhələdən irəli getmədi. İndi isə biz istəyirik ki, tərəflər buna qayıtsınlar. Və ATƏT-ə sədrlik edən Almaniya fəallıq göstərmək istəyir ki, biz bunu da alqışlayırıq".

XİN rəhbəri bildirib ki, Moskva erməni deputatların Dağlıq Qarabağın işğalçı rejiminin tanınması ilə bağlı təşəbbüsündə problem görmür: "Belə ki, Yerevan inandırır ki, regionun statusu birtərəfli qaydada müəyyənləşdirilməyəcək. Bunu Ermənistan müzakirə etmir, bu, parlamentin iki üzvünün təklifidir".
Diaspora