“Dağlıq Qarabağ münaqişəsi zonasında gücdən istifadə yolverilməzdir”.
Qaziler.az bildirir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ATƏT PA-nın sədri İlkka Kanerva Helsinkidə Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla keçirdiyi görüşdə bildirib.“Kanerva ATƏT PA-nın beynəlxalq vasitəçilik mandatına malik olan Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının imkanlarının genişləndirilməsinə yönələn səylərini tamamilə dəstəklədiyini qeyd edib”, - deyə məlumatda bildirilir.