Erməni Silahlı qüvvələri dünən gecə itki verib. Lent.az-ın “news.am”-a istinadən məlumatına görə, dünən gecə Talış kəndi istiqamətində atışmada düşmən 2 hərbiçisi ölüb. Saytın məlumatında ölənlər 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən erməni tərəfinin təmas xəttində atəşkəsi pozması ilə əlaqədar düşmənin səngərlərinə 128 dəfə atəş zərbəsi endirib.Silahlı Qüvvələrimiz iki erməni hərbçisini MƏHV EDİB

