Aureliya Qriqoriu: Azərbaycanın mülki əhalisi erməni təcavüzündən əziyyət çəkir

Aureliya Qriqoriu: Azərbaycanın mülki əhalisi erməni təcavüzündən əziyyət çəkir backend

"Azərbaycanın mülki əhalisi Ermənistanın təcavüzündən əziyyət çəkir. Biz bunu bu gün gözümüzlə gördük".

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu ermənilərin son dövrdə yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Ağdamda dağılmış evlərə və yaralanan şəxslərə baş çəkərkən Moldovanın keçmiş ombudsmanı Aureliya Qriqoriu deyib.

O, qeyd edib: "Biz bu gün xəstəxanalarda gördük ki, ermənilərin hərbi təcavüzündən mülki əhali əziyyət çəkir. Ermənilər mülki insanların öz fəaliyyəti ilə məşğul olmasına imkan vermir. Bunları nəzərə alaraq hesab edirəm ki, beynəlxalq ictimaiyyət buna reaksiya verməli və Ermənistanın bu təcavüzünü pisləməlidir. Ermənistanın bu təcavüzü ilə bağlı həm BMT Baş Assambleyasına, həm də beynəlxalq məhkəməyə sənədlər göndərilməlidir ki, Ermənistan bu cinayət əməlinə görə məsuliyyət daşısın".
Diaspora