Kremldən Qarabağla bağlı yeni təklif

Kremldən Qarabağla bağlı yeni təklif backend

“Cəbhə xəttində vəziyyət gərginləşən vaxt Rusiya maraqlı fikirlər söyləmişdi. Amma bütün danışıqlar yenilənmiş Madrid prinsipləri əsasında aparılır. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir”.

Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, hər kəs aysberqin qarşı tərəfini görür.

"Münaqişəni müharibə yolu ilə həll etmək olmaz".
“Amma bunun əks tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. İlk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməlidir”.

Onun sözlərinə görə, Ermənistanın vəziyyəti gərginləşdirməsi 1994-95-ci illərdə atəşkəs barədə əldə olunan razılığı sual altına qoyur.

“Amma Rusiya tərəfi və həmsədrlər də bizə bildirdilər ki, atəşkəs anlaşmalarını tam dəstəkləyirlər. Bildiyiniz kimi, atəşkəsin yeni mərhələsi Moskvada razılaşdırılıb. Biz də düşünürük ki, atəşkəsin gücləndirilməsi mühüm məsələdir".

Nazir deyib ki, münaqişəni müharibə yolu ilə həll etmək olmaz. O, Azərbaycanın hər zaman sülh danışıqlarının tərəfdarı olduğunu deyib. "Amma nəticə olmalıdır. Biz deyirik ki, hansı yolla olur-olsun, amma irəli gedək”.

Elmar Məmmədyarov - Azərbaycanın xarici işlər naziri

Nazir dedi ki, həmçinin həmsədrlər 6 bəndlik təkliflər veriblər. Orada birinci bənddə qeyd edilib ki, Ermənistan Dağlıq Qarabağın ətrafında olan ərazilərdən çıxmalıdır. Daha sonra qaçqınların geri qaytarılması nəzərdə tutulur.

Nazirin sözlərinə görə, həmsədrlərlə görüş gələn ayın ortasında Avropanın şəhərlərindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta bilər. "Görüşün keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik".
Diaspora