Yaralı Ağdam sakini: Ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tuturlar

Yaralı Ağdam sakini: Ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tuturlar backend

Ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tutur.

Qaziler.az bildirir ki, Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında aprelin 27-dən 28-ə keçən gecə Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun Qaradağlı kəndində ağır yaralanan kənd sakini Elgiz Qarayev deyib. O deyib ki, düşmən Azərbaycanın təmas xəttində yerləşən kəndlərini daim hədəfə alıb: "Kəndimiz ermənilər tərəfindən qəfil atəşə tutuldu, erməni tərəfi Azərbaycan tərəfində mülki şəxsləri qrad, top, minaatan və raketlərdən atəşə tutdu. Mülki əhalini və evləri mütəmadi atəşə tuturlar. Erməni tərəfi atəşkəsə heç vaxt riayət etmir. Biz mülki şəxslər ermənilərin hədəfinə çevrilmişik. Buna son qoyulmalıdır".
Diaspora