Cəbhəyanı rayonların icra başçları: “Yüzlərlə evə ziyan dəyib“

Cəbhəyanı rayonların icra başçları: “Yüzlərlə evə ziyan dəyib“ backend

Ermənilərin ötən gecə təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtərdə 58 evə ziyan dəyib. Bu barədə APA-ya açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib.


O qeyd edib ki, ötən gecə saat 23.30-dan başlayaraq gecə saat 04.00-dək rayon erməni silahlı bölmələri tərəfindən atəşə tutulub. Nəticədə 2 məktəb binası, 1 mağaza, 1 pambıq qəbuledici məntəqəyə ziyan dəyib.

İcra başçısı həmçinin qeyd edib ki, atılan mərmilər rayon ərazisində 2 elektrik ötürücü yarımstansiyanı partladıb, nəticədə 20 kəndə elektrik enerjisinin verilişi dayandırılıb: “Hazırda həmin kəndlərə elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün tədbirlər görülür. Mülki əhali arasında ölən və yaralanan yoxdur”.

M. Məmmədov ermənilərin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində aprelin 2-dən bu günədək rayonda 256 yaşayış evinə ziyan dəydiyini açıqlayıb.

Ermənilərin ötən gecə yaşayış məntəqələrini atəşə tutması nəticəsində Ağcabədi rayonundakı yaşayış evlərinə də ciddi ziyan dəyib. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, son günlər düşmənin zərbələri nəticəsində rayonda 25-ə yaxın evə ziyan dəyib: “Qaraxanlı kəndində bir yaşayış evi yanaraq tamamilə sıradan çıxıb. Əksər evlərin dam örtüyünə mərmilər düşüb, bir çox evin şüşələri qırılıb. Ölən və yaralanan yoxdur”.
Diaspora