Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaşayış evi yanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Mahrızlı kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb. Nəticədə evdə yanğın baş verib.
Qısa müddətdə ev əşyaları ilə birlikdə tamamilə yanıb. Ev sahibləri evdə olmadığı üçün xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər evə keçməsinə imkan verməyiblər.