Ermənilər mülki şəxsləri qətlə yetirir: 1 ölü,8 yaralı - YENİLƏNİB

Ermənilər mülki şəxsləri qətlə yetirir: 1 ölü,8 yaralı - YENİLƏNİB backend

Erməni hərbi birləşmələrininAğdamın yaşayış məntəqlərini atəşə tutması nəticəsində mülkü şəxslər arasında ölən və yaralananlar var. APA-nın Qarabağ bürosunun xəbərinə görə Ağdam rayon, Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həyatını itirib.

Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılan 67 yaşlı Hüseynov Əli Museyib oğlu və Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti ağırdır.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, digər yaralılar Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükəsi yoxdur.

Qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir.

Bu gecə həmçinin ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaşayış evi yanıb.

Belə ki, Mahrızlı kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb. Mərmi düşən evdə yanğın baş verib. Ev qısa müddətdə əşyaları ilə birlikdə tamam yanıb. Ev sahibi evdə olmadığı üçün xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər.

***
08:49

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.

Yaralananlardan iki nəfərin vəziyyəti ağırdı. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur. Bildirilir ki, yaralılardan biri kantuziya zədəsi alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Diaspora