"Hazırda Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət tərəflərdən dözümlülük tələb edir, əsas vəzifə ondan ibarətdir ki, növbəti dəfə vəziyyətin gərginləşməsinə imkan verilməsin". ANS PRESS-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"Hazırda Qarabağda baş verənlər bizim daha öncəki brifinqlərdə səsləndirdiyimiz - indi həmişəkindən daha çox dözümlülük nümayiş etdirmək və stabilliyin bərpasına çalışmaq yönündə iş aprmaq lazım olması barədə tezisin təsdiqidir".XİN rəsmisi tərəflərin münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesini bərpa etmələrinin qəti tərəfdarı oduqlarını deyib. "Tərəflərin uzunmüddətli sülhün əldə olunmasına töhfə verəcək danışıqlar prosesini bərpa etməli olduğuna tam əminik. Mövcud sazişlər əsasında müharibə riskini azaltmaq üçün səyləri artırmağı olduqca əhəmiyyətli hesab edirik.
Əsas vəzifə sözsüz ki, vəziyyətin sakitləşməsi, zorakılığa, qan tökülməsinə yol verməmək, vəziyyətin sakitləşməsi və danışıqlar prosesinin başlanması üçün atmosfer yaradılmasıdır”.
Bənzər açıqlamanı Zaxora bir neçə gün öncə də səsləndirib. ANS PRESS-in məlumaına görə, o, tərəflərin hərbi fəallığın azaldılması istiqamətində işləri də fəallaşdırmalı olduğunu demişdi.
"Tərəflər münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqlar prosesini bərpa etməlidirlər".