Siyəzəndə 2015-ci ilin avqust ayında Qarabağ uğrunda şəhid olmuş 20 yaşlı Ağadadaş Şahkərəmovun ailəsinə medal təqdim edilib. ANS PRESS-in məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani Azərbaycan prezidenti adından və müdafiə naziri Zakir Həsənovun əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə 3 cü dərəcəli medalı" şəhid Ağadadaşın anası Zəminə Şahkərəməvanın sinəsinə taxıb.
Şəhidin valideynləri övladlarının müqəddəs Azərbaycan torpağı uğrunda əbədiyyətə qovuşmasından sözün həqiqi mənasında qürur duyduqlarını deyib.Şəhidin atası Şahkərəm Şahkərəmov deyib ki, 2 oğlu ilə birlikdə özü də döyüşə hazırdır.
Təqdimat mərasimində çıxış edən Siyəzənin İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynov rayonun Qarabağ döyüşlərində 70-dən artıq şəhid verdiyini, onların xatirəsinin həmişə əziz tutulduğunu bildirib.
Şəhidin medalının ailəsinə təqdim edilmə mərasimi Ağadadaş Şahkərəmovun medalı anasına təqdim edilir