Ermənistan ordusu itki verib. Lent.az-ın məlumatına görə bu barədə Ermənistan KİV Qarabağdakı separatçı rejimə istinadən xəbər verir.
Məlumata əsasən, ötən gecə ermənilərin atəşkəs rejimini pozması onlara baha başa gəlib. Belə ki, ordumuzun qarşı tərəfin səngərlərinə endirdiyi cavab zərbələri nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Separatçı rejimin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.