Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarun oğlu Aqarunovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarun oğlu Aqarunovun ad günüdür backend

Əslən dağ yəhudilərindən olan Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert orduda tank komandiri olmuşdur. Daha sonra Vətənə qayıdaraq Suraxanı maşınqayırma zavodunda işləmişdir. Dağlıq Qarabağ müharibəsi başlayarkən A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.

Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir.

8 may 1992… Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşlə yenidən düşmən tankını məhv edir sevincindən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında qəhrəmancasına həlak olur.

Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi onun şücaətindən danışmayan yox idi, o dövrdə hərkəs tankını Albert adlandırırdı…ermənilər onun başına pul mükafatı qoymuşdular.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Diaspora