Bu 4 günlük müharibə ilə biz sülhdən daha da uzaqlaşdıq. Genişmiqyaslı müharibə riskini artırdıq.
Qaziler.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “1in.am” erməni saytına verdiyi müsahibəsində Ermənistanın regional tədqiqatlar mərkəzinin analitiki Mikael Zolyan bildirib.“Biz siyasi elitamızın qeyri-adekvat olduğunu və bugünkü çağırışlara hazır olmadığını görürük. Ermənistan diplomatik təcrid vəziyyətinə düşüb və bu, bizim daxili siyasətimizin nəticəsidir”, - M.Zolyan bəyan edib.
Mikael Zolyanın fikrincə, Qarabağ münaqişəsi gec-tez güzəşt variantı əsasında həll olunmalıdır.
Analitik əmindir ki, Ermənistan erməni-türk protokollarının süqutu nəticəsində regional amil kimi öz rolunu itirməyə başlayır.