"Qoşunların təmas xəttində əldə olunan atəşkəs rejiminin guya Azərbaycan tərəfindən Talış kəndi istiqamətində pozulması və nəticədə Marat Danielyan adlı bir erməni hərbçisinin güllə yarası alaraq ölməsi barədə Ermənistanın kütləvi informasiya vasitələrində yayılan xəbər tamamilə yalandır".
Qaziler.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Sorğunun cavabında qeyd olunur ki, əslində bu gün səhər saatlarında cəbhənin şimal istiqamətində hərəkət edən erməni tərəfinə məxsus "Zil-131" markalı hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb. Partlayış nəticəsində bir erməni hərbçisi ölüb və xeyli sayda yaralanan var.
"Hadisəni Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərən Ermənistan tərəfi yaralılar haqqında da məlumatı cidd-cəhdlə öz xalqından gizlətməklə bu kimi dezinformasiyalar yayaraq hərbi rəhbərliyin uğursuzluğunu ört-basdır etməyə çalışır", - deyə nazirlikdən bildirilib.