Muradyan: “Ermənistan biabırcasına məğlub oldu”

Muradyan: “Ermənistan biabırcasına məğlub oldu” backend

Ermənistan “dördgünlük müharibə”də biabırcasına məğlub oldu. Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan “Lragir” saytında dərc olunan məqaləsində deyib. Onun sözlərinə görə, Ermənistan təkcə müharibə meydanında deyil, hər yerdə məğlub oldu:


“Ermənistan təkcə müharibə meydanında deyil, hər şeydə məğlub oldu və növbəti dəfə gülünc vəziyyətə düşdü”.

Muradyan qeyd edir ki, Ermənistanda gənc nəsil ruslardan asılılığa qarşı çıxırlar:

"Ermənistan hakimiyyəti və generalları isə rusların vassalı olmağa üstünlük verirlər. Bir müddət əvvəl Putinin məsləhətçisi şəxsən mənə demişdi ki, ABŞ tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına ən kiçik cəhd belə ermənilər üçün faciə ilə qurtaracaq. Zəif, qorxaq erməni hakimiyyəti xarici siyasətlə məşğul olmaq vəziyyətində deyil. Onlar müxtəlif rus generallarının qarşısında tir-tir əsirlər”.

Erməni politoloq bildirib ki, Rusiya da Ermənistanı sözəbaxan vassal vəziyyətinə salıb.
Diaspora