Cəbhəyanı kəndlərdən 85 partlamamış hərbi sursat tapıldı

Cəbhəyanı kəndlərdən 85 partlamamış hərbi sursat tapıldı backend

Cəbhəyanı kəndlərdə bu gün xeyli sayda partlamamış hərbi sursat (PHS) aşkarlanıb. APA-nın məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 16-da Tərtər, Goranboy, Füzuli və Tovuz rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, 16 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 85 partlamamış sursat aşkar edilərək götürülüb.

Ümumilikdə, Agentlik tərəfindən 07-16 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 260 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbinə baxış kecirilib, 136 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.
Diaspora