Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 7-15 aprel tarixlərində cəbhəboyu rayonlarda 51 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə ANAMA-dan Trend-ə daxil olan hesabatda deyilir.Aprelin 15-də Agentlik tərəfindən Tərtər, Goranboy və Füzuli rayonlarında aşkar olunan PHS-lər haqqında hesabat aşağıdakı kimidir:
Tərtər rayonu
Qapanlı kəndi - 4 ev və həyətyanı sahədə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib.
Şıxarx kəndi -1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 6 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış və 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar edilərək götürülüb.
Füzuli rayonu
Horadiz şəhəri - şəhər və ətrafında 11 partlayış yerinə baxış keçirilib, 11 partlamış sursat aşkar olunub.
Aprelin 15-də Agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 1 əkin sahəsinə baxış keçirilib, 30 partlamış və 2 partlamamış sursat aşkar edilərək götürülüb.
Ümumilikdə, ANAMA tərəfindən 7-15 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 247 ev və həyətyanı sahəyə, 5 ferma və 1 əkin sahəsinə baxış kecirilib, 51 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.