Bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.
Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, O.Əsədov deyib ki, əgər Azərbaycan müharibə aparsaydı, bir həftə sonra müharibə hara gedib çıxacaqdı, hamı onu yaxşı bilir: "Ona görə Azərbaycan ilk dəfə birtərəfli atəşkəs elan etdi. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Ancaq Azərbaycan dövləti, onun hərbçiləri göstərdilər ki, biz bu məsələni hər cür həll etmək iqtidarındayıq və bu da o 5 günlük toqquşma zamanı özünü göstərdi".Spiker əlavə edib ki, bu, Ermənistanı sülhə məcbur etmək üçün ən vacib məsələlərdən biri olub: "İndi danışıqlar gedir. Güman etmək istəyirik ki, bu məsələ öz həllini tapacaq".