Bakıda doğulan erməni Qarabağdakı döyüşlərdə məhv edilib

Bakıda doğulan erməni Qarabağdakı döyüşlərdə məhv edilib backend

Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilən ermənilərdən biri əslən Bakıdandır.

Qaziler.az-ın məlumatına görə, Modern.az Ermənistan KİV-nə istinadə bildirir ki, Norayr Najiyans aprelin 2-də könüllü şəkildə hərbi əməliyyatlara qoşulub.

O, aprelin 4-dən 5-nə keçən kecən gecə Talış uğrunda gedən döyüşdə öldürülüb.

Norayr Najiyans 1976-cı il iyulun 17-də Bakıda jurnalist ailəsində doğulub. 1988-ci ildə Yeravana köçüb.

1992-1995-ci illərdə separatçı rejimin Dağlıq Qarabağı işğal etdiyi zaman da müxtəlif dəstələrdə vuruşub.

Onun 2015-ci ilin avqust ayında Qarabağda erməni tərəfinin atəşkəsi pozması nəticəsində baş verən qısamüddətli döyüşlərdə də iştirak etdiyi məlum olub.
Diaspora