"Rus Pravoslav Kilsəsi həmişə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır”.
Qaziler.az bildirir ki, APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rus Pravoslav Kilsəsinin mətbuat katibi Aleksandr Volkov deyib. O, buna sübut kimi patriarx Kirilin Ermənistan və Azərbaycan dini liderlərinə müraciətini xatırladıb: “Rus Pravoslav Kilsəsi sülhyaradıcı prosesə və şeyxülislam Allahşükür Paşazadə və katolikos Qareginin həyata keçirdiyi sülhə xidmət işlərinə kömək etmək üçün əldə olan bütün imkanlardan istifadə edir”.Rus Pravoslav Kilsəsi: Qarabağ münaqişəsinin həllində vasitəçiliyə hazırıq

