Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış petisiyada imzaların sayı 100 mini keçib. APA-nın məlumatına görə, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” adlı petisiya layihəsində Obama administrasiyasından Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılmasına dəstək tələb edilir.
Petisiya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən yaradılıb.