Gürcüstan Qarabağ konfliktinə münasibətdə passiv olmaq hüququna malik deyil. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gürcü ekspert Georgi Ruxadze söyləyib. Onun sözlərinə görə, Qarabağda başlanacaq genişmiqyaslı müharibə Gürcüstanda terrorizm təhlükəsini artıracaq və iqtisadi destabilizasiya yaradacaq:
“Əsas təhlükə odur ki, konfliktin dərinləşməsi Gürcüstanın Rusiya tərəfindən işğal ehtimalını artırır. Ona görə ki, hərbi fəaliyyət şəraitində Rusiya çalışacaq özünün Ermənistandakı bazalarına hava və quru yolunu açsın. Üstəlik, Gürcüstan Şərq-Qərb enerji dəhlizinin vacib hissəsidir. Konflikt qızışsa, bu dəhliz üçün təhlükə yaranacaq”.