Qarabağa gələn PKK-çılardan 3-ü məhv edildi

Qarabağa gələn PKK-çılardan 3-ü məhv edildi backend

PKK-nın Ermənistana yardım adı altında Dağlıq Qarabağa göndərdiyi 400 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb. Axar.az xəbər verir ki, Türkiyənin “Yeni Şəfəq” qəzeti bir neçə gün öncə Qarabağda 3 PKK terrorçusunun öldürüldüyü barədə məlumat yayıb.

Digər bir məlumatda isə PKK terrorçularına ASALA-nın lideri Vazgen Sisliyan rəhbərlik etdiyi bildirilir.

Qeyd edək ki, PKK aprelin ilk günlərində Dağlıq Qarabağdakı işğalçı Ermənistan ordusuna qüvvə göndərib.

ASALA terror təşkilatının lideri Sisliyan da aprelin 6-da Ermənistan ordusuna dəstək vermək üçün işğal altındakı Dağlıq Qarabağa gəlib. Onun adı Parisdəki Türkiyə səfirliyinə hücumda hallanır.
Diaspora