Şəhid olan pilot, mayor Təbriz Musazadənin oğlu Onur Musazadə atası ilə fəxr etdiyini deyib. “Qafqazinfo”ya danışan O. Musazadə bildirib: “Atamla fəxr edirəm və ona layiqli övlad olacağam. Onlar qəhrəmandılar...”
Digər pilot, mayor Urfan Vəlizadə həyat yoldaşı Könül Vəlizadə isə belə deyib: “Özü dedi ki, gedib ermənilərin qanını içəcəm. Deyirdi o torpaqlar bizimdir. Bunu balaca uşaqlarımza saxlamalı deyilik. Onunla fəxr edirik. Bütün Azərbaycan onu tanımalıdır.Urfan mənim sinif yoldaşım olub. Bu ilin iyunun 26-da toyumuzun 10 ili tamam olacaqdı. Toyumuz Silahlı Qüvvələr günü olub”.
Şəhid polkovnik-leytenant Mirad Mirzəyevin yoldaşı Fizzə Mirzəyeva: “Onunla fəxr edirəm.
Bəkir İsmayılovun həyat yoldaşı Şəbnəm xanım: “Fəxr edirəm ki, o cür qayğıkeş bir insanın həyat yoldşıyam. O bizi uca zirvəlırə qaldırdı. O bütünlüklə vətənə bağlı idi, bütün Azərbaycanın övladı idi”.