Azərbaycanın şəhid pilotları ilə vida mərasimi başlayıb. Ermənistan silahlı birləşmələri ilə son döyüşlərdə şəhid olan həbçilərimizin meyidləri ötən gün ailələrinə təhvil verilib. Şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir.
QAZİLER.AZ qafqazinfoya istinadən bildirir ki, mərasim Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təşkil olunub. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

Mərasimdə şəhidlərin yaxınları, cəbhə yoldaşları ilə yanaşı dövlət rəsmiləri də iştirak edir.



Şəhid hərbçilərimizin meyitləri ötən gün beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistan silahlı qüvvələrindən geri alınıb.

