Xocalıda daşlar da gül açıb, bilirsiniz...

Xocalıda daşlar da gül açıb, bilirsiniz... backend

Kəlbəcərin gözünün yaşını silirsiniz...

Ey millətin and yeri, ey möhtəşəm oğullar!
Zirvəyə sancaq taxıb zirvələşən oğullar!


Tanınmış şair Şəmsi Qoca 4 günlük döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin müqəddəs ruhuna ithaf etdiyi möhtəşəm şeiri isti-isti Moderator.az oxucularına ərməğan edib.

Xatırladaq ki, bir həftə öncə şairin "Ağlama Qənirə, başını dik tut" şeiri də (həmin şeiri bu linkdən oxumaq olar--- moderator.az/news/129935.html) ciddi rezonans doğurmuşdu:


Dörd min illik tarixi dörd günə sığdırdınız,
Dörd min illik nifrəti yağıya yağdırdınız.
Qudurmuş köpəklərin amanını qırdınız
Siz ey yatmış vulkanın nərəsi, nər oğullar!
Müqəddəs and yerimiz, ər oğlu ər oğullar!

Dördcə gündə gördülər, zərbənizin dadını,
Göndərdilər minnətə qohumunu, yadını,
Zəhminiz düşmənlərə unutdurdu adını
Torpağı qucaqlayıb torpağa can deyənlər,
Ey son nəfəsdə belə "Azərbaycan" deyənlər!

Atıldınız döyüşə yaralı aslan kimi,
Əyilməz Babək kimi, dönməz Cavad xan kimi.
Elə nərə çəkdiniz sandılar ümman kimi.
Siz ey ruhu göylərdə sərhəd, sipər olanlar,
Siz ey cismi torpaqda, köksü səngər olanlar!

Analar ağlamadı, şəhidlər ölməz dedi,
Cocuqlar bayraq aldı, Vətən bölünməz dedi.
Erməni qoydu, qaçdı “Türk geri dönməz” dedi
Zirvəyə sancaq taxıb zirvələşən oğullar!
Ey millətin and yeri, ey möhtəşəm oğullar!

Zirvələri fəth edib döndünüz bayraqdara.
Təzə bir nəfəs verdi nəşiniz bayraqlara
İndən belə geyinməz heç zaman bayraq qara
Qazanar gündən-günə yeni zəfər ordumuz,
Şükr edirik Allaha, var müzəffər ordumuz!

Xocalıda daşlar da gül açıb, bilirsiniz,
Əlinizdə gül-çiçək Şuşadan gəlirsiniz.
Kəlbəcərin gözünün yaşını silirsiniz,
Qarşınızda baş əyir, Azərbaycan, oğullar!
Siz ey əbədi diri, pələng, aslan oğullar!
Diaspora