“Azərbaycan ordusunun ön cəbhədəki dəstələrinin ermənilərin Qarabağda onilliklərlə möhkəmləndirdiyi bir neçə yaşayış məntəqəsini və blok-postu asanlıqla geri qaytarması çox şeydən xəbər verir. Əvvəllər bəziləri belə düşünürdü ki, Qarabağ azərbaycanlılar üçün alınmaz qaladır. İndi artıq heç kim büna əmin deyil”.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri rusiyalı ekspert Andrey Yepivantsev sosial şəbəkədəki səhifəsində yazıb.Onun fikrincə, Ermənistan uzun illər dünya ictimaiyyətinin diqqətini Qarabağ münaqişəsindən yayındırmağa çalışırdı. Azərbaycan son hadisələrlə münaqişənin həllinə diqqəti cəlb edə bildi. Rusiyalı ekspert yazır: “Bakı buna da müvəffəq ola bildi. Üstəlik, informasiya effekti onun gözlədiyindən daha artıq oldu. Əgər indi Minskdə Qarabağ məsələsinə dair böyük konfrans təşkil olunarsa, bu, məsələnin həllini daha da aktuallaşdıracaq”.
A.Yepifantsev qeyd edir ki, Bakının siyasəti nəticəsində Ermənistan ilə Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında soyuqluq yaranıb. Ekspert yazır: “Ermənistan mətbuatında güclü tənqid və hətta nifrət axınını nəzərə alsaq, aydın olur ki, Ermənistan Moskvanın və KTMK-nın status-kvonu saxlamaqda ona yardımçı olacağına inamını itirməyə başlayır. Elə təkcə bunu Azərbaycanın ciddi nailiyyəti hesab etmək olar”.