23 illik işğaldan sonra azərbaycanlılar ilk dəfə Cəbrayıl rayonunun azad olunmuş Cocuq Mərcanlı kəndinə qayıdırlar. Virtualaz.org saytının bölgə müxbiri xəbər verir ki, Azərbaycan ordusu strateji yüksəklikləri ələ keçirdikdən sonra kəndin təhlükəsizliyi tam təmin olunub. Əvvəllər ermənilər tərəfindən mütəmadi olaraq gülləbaran edilən kənddə cəmi bir ailə yaşayırdı.
Kəndin ərazisində Azərbaycan bayrağı dalğalanır.Xatırladaq ki, Cocuq Mərcanlı kəndi Azərbaycan ordusu tərəfindən hələ 22 il bundan əvvəl azad edilmişdi. Lakin Lələ-Təpə ermənilərin əlində olduğu üçün kənddə qalmaq təhlükəli idi.