“Biz qüdrətli ordumuzun sayəsində torpaqları azad edəcəyik”.
Qaziler.az Turkustan.info-ya istinadən xəbər verir ki, Xanəndə Qoçaq Əsgərov və müğənni Elnur Məmmədov bir neçə gün əvvəl erməni işğalından azad olunmuş Lələtəpə yüksəkliyinə yollanıblar.Əsgərov səngərdən önə çıxaraq düşmənlə 500 metr məsafədə “Qarabağ şikəstəsi”ni ifa edib. “Biz qüdrətli ordumuzun sayəsində bu torpaqları azad edəcəyik. Səngərdən önə çıxıb düşməndən azad etdyimiz Lələ təpə yüksəkliyində “Qarabağ şikəstəsi” ni oxudum”, - deyə xanəndə bildirib.