Ermənistan tərəfi itkiləri haqda biri-birini təkzib edən rəqəmlər deyir

Ermənistan tərəfi itkiləri haqda biri-birini təkzib edən rəqəmlər deyir backend

Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb.

Razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir.
Qaziler.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır.
Diaspora