Prezident: “Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır”

Prezident: “Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır” backend

“Biz bu səfərə böyük önəm veririk. Görüşdə ölkələr arasındakı münasibətlər, regional məsələlər, o cümlədən Dağlıq Qarabağda baş verən son hadisələr detallı şəkildə müzakirə olundu”.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Rusiya baş naziri Dmitri Medvedevlə görüşdən sonra mətbuata verilən birgə bəyanatda deyib.

Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin növbəti təzahürüdür: “Dmitri Medvedevin Azərbaycana səfəri münasibətlərə verilən önəmi göstərir”.

Prezident İlham Əliyev bildirib ki, uzun müddətdir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, o cümlədən ətrafdakı 7 rayon işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqın var: “Münaqişənin tənzimlənməsi ilə bağlı mexanizm və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Təəssüf ki, bu qətnamələr yerinə yetirilmir. Rusiya BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi mühüm ölkədir. Rusiya prezidenti Vladimir Putin eskalasiyanın qarşısının alınması üçün mənə və Ermənistan prezidentinə zəng etdi”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan atəşkəsə əməl edir, Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvardır: “Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır. Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu illə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. İnanırıq ki, "status-kvo" dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək”.
Diaspora