Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttinin şimal-şərq istiqamətində aprelin 8-nə keçən gecə güllə yarası almış 20 yaşlı müdətli hərbi qulluqçu Gevork Aşotoviç Mqdesyan və müqavilə ilə hərbi xidmətdə olan Qraç Samveloviç Muradyan həlak olublar.
Qaziler.az bildirir ki, bu barədə Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir.Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hərbi qulluqçuların ölümünün səbəbləri araşdırılır.