Aprelin əvvəlində cəbhədə baş verən döyüşlərdə şəhid olanlarla bağlı tanınmış jurnalist, Qarabağ müharibəsi iştirakçısı İlham Tumas maraqlı bir təkliflə ilə çıxış edib. Bu barədə o, öz facebook səhifəsində status yazıb:
“Səhərin bu alatoranında telefonda Raqub rəhmətliyin telefon nömrəsinə baxıram. Deyirəm, kaş bu nömrədən heç zaman “ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” sözləri eşidilməyəydi. Görəsən, mobil operatorlarda elə bir texniki dəstək varmı, şəhidlərin telefon nömrələrinə zəng eləyəndə, “Siz şəhid Orucov Raqub Cahangir oğluna məxsus nömrəyə zəng etmisiniz! Vətən sağ olsun!”... Bunun ardından da ya hansısa şeir, ya da gözəl bir vətənpərvərlik şərqisi eşidiləydi... Bu da olaydı onların bizə öyüdləri...”Qaziler.az saytının qısa araşdırması zamanı məlum olub ki, qonşu Rusiya da belə bir xidmət var.
Bunu əməkdaşımıza Əfqanıstan müharibəsi iştirakçısı, Qarabağ əlili polkovnik Soltan Bəndəliyev dedi: “Rusiyada belə nümunə var. Mənimlə birlikdə Əfqanıstan da döyüşən, dostum Mark Vladirmiroviçlə hər bayramda zəngləşirdik. Bir dəfə ona zəng edəndə heyrətə gəldim. “Zəng etdiyiniz abonent Çeçenstanda həlak olub!”, deyə telefonundan mobil operatorun səsi gəldi.
Görəsən bizim mobil operatorlarımız da belə bir xidmət yarada bilərmi?
QAZİLER.AZ