Liberman: “Azərbaycanın mövqeyi tam ədalətlidir“

Liberman: “Azərbaycanın mövqeyi tam ədalətlidir“ backend

"Azərbaycan ümumi qəbul edilmiş normalar çərçivəsində özünü olduqca məsuliyyətli aparır və buna görə də xəritəyə baxan, regionun tarixini bilən hər kəs Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin nə qədər tam haqlı olduğunu, tarixin, coğrafiyanın və demoqrafiyanın müvafiq faktlarına uyğun olduğunu başa düşür".

QAZİLER.AZ-ın Trend-ə istinadən xəbərinə görə, bunu İsrailin keçmiş Baş naziri, "Bizim ev-İsrail" partiyasının lideri Aviqdor Liberman deyib.

A.Liberman bildirib: "Çox ümid edirəm ki, ilk növbədə beynəlxalq ictimaiyyət, indiki halda ATƏT-in Minsk qrupunun bütün iştirakçıları obyektiv olacaqlar və hansısa dar, birtərəfli və siyasi mənfəətlərdən deyil, faktlardan çıxış edəcəklər".

Keçmiş Baş nazir əlavə edib: "Biz şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, amma təəssüf ki, digərləri özünü belə aparmır".
Diaspora