“Tərtər çayı quruyub. Ermənilər çayın suyunu təmamilə kəsib”.
Qaziler.az bildirir ki, bu barədə Modern.az saytının cəbhə bölgəsinə ezam olunan əməkdaşı məlumat verib.Hazırda cəbhə bölgəsində olan əməkdaşımızın sözlərinə görə, ermənilər son günlər çayın suyunun qarşısını təmamilə kəsib.
Qeyd edək ki, mənbəyini Tərtər rayonunun işğal altında olan Sərsəng su anbarından götürən Tərtər çayının qarşısını tez-tez kəsir. Bəzən isə çaya verilən suyu artıraraq yerli əhaliyə təhlükə yaradır. Elə bu ilin fevralında çaya verilən suyun artırılması səbəbindən Bərdənin Əyricə kəndi ərazisindəki körpünü sel suları dağıtmışdı.