Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub.
Qrupun tərkibinə “Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.AZƏRTAC xəbər verir ki, xarici jurnalistlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, cəbhə xəttindəki vəziyyətlə maraqlanıblar.
Sonra KİV nümayəndələri Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin
bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən Lələtəpə yüksəkliyini kənardan müşahidə ediblər.
Xarici jurnalistlər rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.
Daha sonra xarici media nümayəndələri cəbhənin Tərtər-Ağdam istiqamətində yola düşüblər.
Qeyd edək ki, xarici jurnalistlərin bu səfəri qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha operativ çatdırmaq məqsədi ilə təşkil olunub.
Xəzər Xəbər isə bu səfərin videogörüntüsün yayıb: