Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında telefon söhbəti olub. QAZİLER.AZ-ın Azərtac-a istinadən məlumatına görə, onlar Dağlıq Qarabağda vəziyyəti və iki ölkənin əməkdaşlığı məsələsini müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin bu barədə məlumatında deyilir ki, dövlət başçıları Dağlıq Qarabağda vəziyyət və onun dinc yolla tənzimlənməsi üsullarının axtarışı barədə fikir mübadiləsi aparıblar.Kremlin mətbuat xidməti bildirib: “V.Putin vəziyyətin normallaşdırılmasına kömək məqsədi ilə Rusiya tərəfinin vasitəçilik addımları barədə məlumat verib”.