Arsen Məlik-Şahnazarovdan acı ETİRAFLAR

Arsen Məlik-Şahnazarovdan acı ETİRAFLAR backend

Qondarma Dağlıq Qarabağ rejiminin Rusiyadakı daimi nümayəndəliyinin məsləhətçisi Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin 50 canlı qüvvəsinin məhv edildiyini etiraf edib. Lent.az "RİA Novosti"yə istinadən bildirir ki, bunu Arsen Məlik-Şahnəzərov Moskvada keçirdiyi press konfransda deyib:


"Döyüşlərdə texnika cəhətdən də böyük itkilər oldu. 14 tank itirmişik. Dörd gün ərzində 50 nəfər həyatını itirib, həmçinin 20-30 nəfərdən xəbər yoxdur".

Bundan başqa o, etiraf edib ki, Azərbaycan tərəfi bəzi mövqeləri geri alıb, cənub istiqamətində 3 yüksəklik onların nəzarətində qalıb. Onun sözlərinə görə, İranla sərhəddə 300-400 kvadrat kilometr ərazini əhatə edən bu 3 yüksəklik kifayət qədər vacib yüksəklikdir: “Şübhəsiz onlar geri qaytarılacaqdı, əgər dünən atəşkəs qəbul edilməsəydi”.

Şaxnazarov, həmçinin Ermənistan tərəfindən 100-dən çox yaralı olduğunu açıqlayıb.
Qeyd edək ki, aprelin 2-dən 5-dək Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərginləşmişdi.
Diaspora