Patriarx: “Münaqişənin nizamlanması üçün dəstəyə hazıram”

Patriarx: “Münaqişənin nizamlanması üçün dəstəyə hazıram” backend

Rus Pravoslav Kilsəsinin rəhbəri, bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadəyə və erməni katolikosu II Qareginə müraciət ünvanlayıb. APA-nın "patriarchia.ru" saytına istinadən verdiyi xəbərə görə, Kirill hər iki dini lideri münaqişənin və düşmənçiliyin dayandırılması üçün öz nüfuzlarından istifadə etməyə çağırıb.


Kiril müraciətində qeyd edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlara dair xəbərləri həyəcan və narahatlıqla izləyib. O əlavə edib ki, Rusiya, Azərbaycan və Ermənistanın dini liderləri artıq uzun illərdir ki, regionda münaqişənin aradan qaldrılması üçün birgə fəaliyyət göstərirlər: “Öz tərəfimdən münaqişənin nizamlanması üçün hərtərəfli dəstək göstərməyə hazıram”.
Diaspora