Ukraynanın Odessa Dövlət Ekologiya Universitetinin azərbaycanlı tələbələri və Odessadakı Azərbaycan diasporunun üzvləri şəhərin mərkəzi Qələbə Parkında aksiya keçiriblər.
APA TV-nin məlumatına görə, əllərində Azərbaycan və Türkiyə bayraqları olan gənclər "Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndiriblər.
"Ölkəmizdən kənarda olmağımıza baxmayaraq, səfərbərlik olduqda hər birimiz Vətən torpaqlarının düşməndən azad edilməsi üçün döyüşlərdə iştirak etməyə hazırıq" deyən həmyerlilərimiz şəhidlərimizin qanının yerdə qalmayacağını bildiriblər.
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, “Ya Qarabağ, ya ölüm”, “Vətən, sənə canım fəda” şüarları ilə Odessanın mərkəzi küçəsində yürüş edilib.