Ağdamda erməni mərmilərinə tuş gələn evlərdən -REPORTAJ

Ağdamda erməni mərmilərinə tuş gələn evlərdən -REPORTAJ backend

Cəbhə xəttində ermənilərin təxribatı nəticəsində aprelin 2-dən başlayan gərginlik mülki əhaliyə ciddi ziyan vurub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin əsgərləri 3 gün dayanmadan dinc əhalini, yaşayış məntəqələrini dağıdıcı mərmilərlə atəşə tutub. Nəticədə dinc əhali arasında ölən, yaralanan, evi tamamilə dağılan, mal-qarsı qırılanlar olub.


Qoşunların təmas xətti boyunca Ağdamın kəndlərinə də xeyli sayda mərmi düşüb. Rayonun Əhmədağalı kəndi cəbhə xəttində yerləşən yaşayış məntəqələrindəndir. Ermənilərin kəndi atəşə tutması nəticəsində kənd sakini Familə Qurbanovanın evinə mərmi düşüb. Bu zaman 1934-cü il təvəllüdlü qadın paytaxtda oğlunun evində olub.

Kənd sakini Yasir Əhmədov hadisəni belə xatırlayır: "Axşam üstü qaranlıq düşməyə bir saat qalmış uşaqlarla darvazanın ağzında oturub söhbət edirdik. Birdən gördük ki, fişka səsi gəlir. İki saniyə keçən kimi gördük ki, mərmi düşdü bu evə. Gəldik evə baxdıq. Qaydanda gördük ki, biri də düşdü həmin o məscidin yanına".

Ağdamın Sarcalı kəndinə isə 4 mərmi düşüb. Onlardan biri 58 yaşlı Tinatin Qasımovanın evini dağıdıb. Qonşusu Elbrus Əhmədovun sözlərinə görə, ev sahibəsi Tinatin Qasımova hadisədən cəmi bir saat əvvəl oğlunu, gəlinini və nəvəsini evdən çıxardıb. Bu isə onların həyatda qalmasına səbəb olub: "Erməni işğalçıları hər an atəş açırlar. 120 mm-lik minomyotla buranı vurdular. Xoşbəxtlikdən ev sahibləri bir saat qabaq evdən çıxıblar, ölən olmayıb".

Diaspora