Aprelin 5-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanmış əsgərlərimizi hərbi hospitalda ziyarət edib.
Lent.az-ın məlumatına görə, əsgərlərimizlə söhbət zamanı icra başçısı bildirib ki, hazırda bütün yaralı əsgərlərimiz həkimlərin yüksək diqqət, qayğılarının əhatəsindədir və onlar tezliklə öz sağlamlıqlarına qovuşacaq: “Bu gün bütün xalqımız sizinlə fəxr edir, sizin qəhrəmanlığınızla qürur duyur. Siz Azərbaycan tarixinin yeni-şanlı tarixini yaradanlar, gələcək zəfərlərimizin ilkinə imza atanlarsınız. Buna görə bütün Azərbaycan xalqı sizə minnətdardır”.
Qeyd etmək lazımdır ki, əsgərlərimizin əhval ruhiyyələri çox yüksəkdir və onların hər biri tezliklə sağalıb ordu sıralarına qayıtmaq istəyirlər.

