Ordumuzun şəhid olmuş hərbi qulluqçusu Masallıda son mənzilə yola salınıb

Ordumuzun şəhid olmuş hərbi qulluqçusu Masallıda son mənzilə yola salınıb backend

Aprelin 4-də qoşunların təmas xəttində erməni birləşmələrinin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 21 yaşlı Nurlan Bayram oğlu Əsgərovun cənazəsi aprelin 5-də doğulduğu Masallı rayonunun Kalinovka kəndinə gətirilib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidin dəfn mərasimində doğmaları ilə yanaşı, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər Vətən uğrunda canından keçən şəhidin qəhrəmanlığından, yurd sevgisindən danışıblar.

Qeyd olunub ki, Nurlan Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib. Düşmənlə ölüm-dirim mübarizəsində qəhrəmanlıqla həlak olub.

Şəhid əsgər yaylım atəşi altında kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.

Diaspora