Ermənilər cəbhə bölgəsində AZƏRTAC və “Associated Press“in əməkdaşlarını atəşə tutublar

Ermənilər cəbhə bölgəsində AZƏRTAC və “Associated Press“in əməkdaşlarını atəşə tutublar backend

Bu gün səhər Tərtərin Qapanlı kəndində çəkiliş edən bir qrup jurnalist ermənilər tərəfindən atəşə tutulub.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan hərbi birləşmələri Qapanlı yaşayış məntəqəsində çəkiliş aparan jurnalistlərin avtomobilini bilərəkdən top atəşinə tutub.
Qapanlı kəndi erməni mövqeləri tərəfindən mütəmadi izlənir və hər hansı hərəkət olduqda dərhal hədəfə alınır. Jurnalistlərin kənddə çəkiliş etdiyini görən erməni hərbçilər əraziyə atəş açmağa başladıqdan sonra media nümayəndələri kəndi tərk etməyə məcbur olub. Kənddən çıxarkən jurnalistlərin olduğu iki maşından biri açıq ərazidə hədəfə alınıb, xoşbəxtlikdən mərmi kənarda yerə düşüb.
Avtomobildə AZƏRTAC-ın və "Associated Press"in əməkdaşları olub.
Diaspora